Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlanıb

Сегодня, 09:29

Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlanıb


Fransanın URGO şirkəti transplantasiya üçün canlı süni dəri hazırladığını elan edib. Bu nailiyyət ağır yanıqların və xroniki yaraların müalicəsi sahəsində dünya miqyasında mühüm irəliləyiş kimi qiymətləndirilir.

Tibbmedia.az xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb.

Süni dəri laboratoriya şəraitində, şirkətin əczaçılıq standartlarına uyğun fəaliyyət göstərən hüceyrə bankında saxlanılan canlı "universal hüceyrələr" əsasında yetişdirilir. Onu dondurmaq, uzun müddət saxlamaq və daşımaq mümkündür.

Yeni texnologiyanın hazırda bir neçə cərrahi müdaxilə tələb edən autotransplantasiyanı (xəstənin öz toxumalarının köçürülməsini) əvəz edə biləcəyi gözlənilir.

Bu nailiyyət Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS), Lion 1 Universitetinin, CECS/I-Stem tədqiqat mərkəzinin, Fransa Milli Qan Xidmətinin və "Dassault Systemes" şirkətinin də iştirak etdiyi "Genesis" layihəsi çərçivəsində aparılan beşillik tədqiqatların nəticəsidir.

Şirkət ilk pasiyentlərə süni dərinin köçürülməsinə 2040-cı ildən əvvəl başlamağı planlaşdırır.


Hadisələri Tiktokda anında izləyin!
Keçid et