Haqqımızda
Tibbmedia.az Azərbaycanda səhiyyə, tibb və sağlamlıq sahəsində operativ, dəqiq və etibarlı informasiya təqdim edən ixtisaslaşmış xəbər portalıdır.
Portalın əsas məqsədi cəmiyyəti səhiyyə sahəsində baş verən yeniliklər, tibbi araşdırmalar, dövlət qurumlarının fəaliyyəti, xəstəxanalar, klinikalar, həkimlər, əczaçılıq sektoru, ictimai sağlamlıq və pasiyent hüquqları ilə bağlı aktual məlumatlarla təmin etməkdir.
Tibbmedia.az fəaliyyətində peşəkar jurnalistika prinsiplərinə – obyektivlik, qərəzsizlik, operativlik və dəqiqlik prinsiplərinə sadiq qalır. Portalda yayımlanan materiallar rəsmi mənbələrə, sənədlərə, ekspert rəylərinə və qarşı tərəfin mövqeyinə əsaslanaraq hazırlanır.
Portalın fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:
- Səhiyyə sahəsində gündəlik xəbərlər;
- Tibbi yeniliklər və elmi araşdırmalar;
- Həkim və mütəxəssis müsahibələri;
- Klinikalar və tibb müəssisələri ilə bağlı reportajlar;
- Pasiyent müraciətləri və araşdırma materialları;
- İcbari tibbi sığorta və səhiyyə siyasəti üzrə xəbərlər;
- Profilaktika, sağlam həyat tərzi və maarifləndirici məqalələr.
Tibbmedia.az sağlam cəmiyyətin formalaşmasına töhfə verməyi, ictimai nəzarətin gücləndirilməsini və səhiyyə sahəsində şəffaflığın təşviqini özünün əsas missiyası hesab edir.
Portal həm vətəndaşların, həm də tibb ictimaiyyətinin etibarlı informasiya mənbəyi olmağı hədəfləyir. Oxucuların müraciətləri, araşdırma təklifləri və ictimai əhəmiyyət kəsb edən məlumatlar redaksiya tərəfindən operativ şəkildə araşdırılır və jurnalist etikası çərçivəsində işıqlandırılır.
Tibbmedia.az – Sağlam məlumatın etibarlı ünvanı.