AQTA Kürdəmirdə toyda baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

1-10-2026, 14:21

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda yerləşən "Günəş" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Hadisələri Tiktokda anında izləyin!
Keçid et