Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tibb işçiləri tələb olunur.
Tibbmedia.az xəbər verir ki, aşağıdakı vakansiyalar üzrə həkim mütəxəssislər və tibb işçiləri işə qəbul ediləcək.
-Həkim-terapevt
-Həkim-nevropatoloq
-Həkim-psixiatr
-Həkim-otorinolarinqoloq
-Həkim-dermatoveneroloq
-Həkim-cərrah
-Həkim-oftalmoloq
-Həkim-rentgenoloq və texnik
-USM (ultrason müayinəsi) mütəxəssisi
-Elektrokardioqrafiya
-Exokardioqrafiya
-Elektroensefaloqrafiya-funksional diaqnostika
Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini yazmaq mütləqdir.
Ətraflı məlumat üçün 9100 "Çağrı" mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Namizədlərin seçimi zamanı kliniki təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Vakansiyalar üzrə müraciət etmək istəyənlər info@seferberlik.gov.az elektron poçtuna yaza və ya anket doldura bilərlər:
(https://exidmet.seferberlik.gov.az/Security/Login/Index/?ReturnUrl=/Application/PreLoadIndex?serviceId=1&serviceId=1)