Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tibbi müayinə aksiyaları davam etdirilir.
Bu çərçivədə "Naxçıvan Sağlamlıq Mərkəzi" PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Şahbuz rayonunun Keçili Kənd Tibb Məntəqəsində növbəti tibbi müayinə aksiyası təşkil olunub.
Tibbmedia.az xəbər verir ki, aksiya zamanı vətəndaşlara kardiocərrah tərəfindən 36, terapevt tərəfindən 15, USM üzrə 15, travmatoloq, nevropatoloq, oftalmoloq və LOR həkimlərinin hər biri tərəfindən 8, cərrah tərəfindən isə 5 nəfər müayinə olunmaqla, ümumilikdə, 103 tibbi müayinə həyata keçirilib. Müayinələr nəticəsində vətəndaşlara sağlamlıq vəziyyətləri ilə bağlı tibbi məsləhətlər verilib, əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması məqsədilə bu cür tibbi müayinə aksiyalarının növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulur.



