Sertifikat almaq istəyənlərin diqqətinə: Yeni istifadə haqqı tətbiq olunur

Вчера, 17:29

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 dekabr 2025-ci il tarixli 382 nömrəli Qərarı ilə təsdiq edilmiş "Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası" qüvvədədir.

Qərara əsasən, Keyfiyyət informasiya sistemindən (KİS) istifadə edən ərizəçilər göstərilən xidmətlərə görə müəyyən edilmiş istifadə haqqını ödəməlidirlər. Bu qayda "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq tətbiq edilir.

Məlumata görə, 9 dekabr 2025-ci il tarixindən etibarən yaradılmış, eləcə də bundan sonra yaradılacaq bütün sertifikatlar üçün ərizəçilərdən aşağıdakı məbləğlərdə istifadə haqqı tutulacaq:

  • Qaydanın 2.1.4-cü yarımbəndinə uyğun olaraq – 10 manat;
  • Qaydanın 2.1.7-ci yarımbəndinə uyğun olaraq – 1 manat.

Beləliklə, qanunvericiliyin tələblərinə əsasən, müvafiq xidmətlərdən istifadə edən şəxslər müəyyən edilmiş tariflər üzrə ödəniş etməli olacaqlar.

Məsul qurum vətəndaşlara müraciət edərək bildirir ki, sertifikatlaşdırma və uyğunluğun qiymətləndirilməsi ilə bağlı müraciət etməzdən əvvəl qüvvədə olan qaydalarla tanış olsunlar və ödənişlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsini nəzərə alsınlar.

Qeyd edək ki, yeni qaydalar yalnız 9 dekabr 2025-ci il tarixindən sonra yaradılmış sertifikatlara şamil edilir və həmin tarixdən əvvəl verilmiş sertifikatlara aid edilmir.


  

Hüquqi əsası Xidmətin növü Məbləğ (manatla)
2.1.4-cü yarımbəndinə əsasən Malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun və işçi heyətin müvafiq standartlaşdırma sahəsində normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq sertifikatlarının elektron formada yaradılması 10
2.1.7-ci yarımbəndinə əsasən Sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlərin elektron formada yaradılması 1

 


Hadisələri Tiktokda anında izləyin!
Keçid et