Deputat: Bərdədə yeni xəstəxananın inşasına ehtiyac var

17-11-2026, 16:16

 

200 minə yaxın əhalisi olan Bərdədə yeni, müasir xəstəxananın inşasına ehtiyac var.

Tibbmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, vətəndaşların keyfiyyətli tibbi xidmət almaq üçün böyük şəhərlərə üz tutmaq məcburiyyətində qalmaması, tibbi xidmətlərin əlçatanlığının artırılması baxımından bu məsələ xüsusi əhəmiyyət daşıyır:

"Bu baxımdan, məsələnin müvafiq dövlət proqramlarında öz əksini tapması üçün aidiyyəti qurumlara müraciət edirəm".


Hadisələri Tiktokda anında izləyin!
Keçid et