“Semaşko” kimi tanınan Kliniki Tibbi Mərkəzdə həkimlər arasında xoşagəlməz hadisənin baş verdiyi iddia olunur.
Məlumata görə, tibb müəssisəsində çalışan iki və ya daha çox həkim arasında mübahisə yaranıb və insidentin xəstələrin, eləcə də azyaşlı uşaqların gözü qarşısında baş verdiyi bildirilir.
İddialar sosial şəbəkələrdə yayılan görüntülər və paylaşımlar əsasında gündəmə gəlib. Məlumatı ilk olaraq "Şəhla_vlog" səhifəsi yayıb, daha sonra Operativ.az xəbər portalı da bu barədə məlumat dərc edib.
Qeyd edək ki, Kliniki Tibbi Mərkəzə Musa Abbasov rəhbərlik edir.
Baş vermiş hadisənin səbəbləri, tərəflər arasında yaranmış mübahisənin mahiyyəti və insidentlə bağlı rəsmi araşdırmanın aparılıb-aparılmaması hələlik məlum deyil.
Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin və TƏBİB-in rəsmi mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Qarşı tərəfin cavabı daxil olduğu təqdirdə materiala əlavə ediləcək.
[media=https://youtube.com/shorts/5HzkBEsCls8?feature=share]