Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

2-07-2026, 11:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində bu ilin yanvar-may aylarında 18300 uşağa reabilitasiya xidmətləri göstərilib.

Agentlikdən Aztibb.az-a bildirilib ki, onlardan əlilliyi olan 889 uşaq stasionar, 10600 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Zamiq İbrahimov


Hadisələri Tiktokda anında izləyin!
Keçid et