Rəsmi xəbər - Tibbmedia.az

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama
Bakının Yasamal rayonunda yerləşən “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atılması ilə bağlı səsləndirilən iddialara klinika tərəfindən aydınlıq gətirilib.

Tibb müəssisəsindən “Bakupost”a verilən açıqlamada qeyd olunub ki, Zərdab rayon sakini olan hamilə pasiyent klinikaya ilk dəfə iyulun 17-də müraciət edib və daha əvvəl burada qeydiyyatda olmayıb.

Bildirilib ki, pasiyent keysəriyyə əməliyyatı üçün Bakıya göndərilib və klinikada aparılan ultrasəs müayinəsi zamanı bətnindəki dölün ölü olduğu müəyyən edilib.

“Bu barədə dərhal pasiyentin özünə və yaxınlarına məlumat verilib”.

Açıqlamada vurğulanıb ki, pasiyentə başqa tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunsa da, o, əməliyyatın məhz bu klinikada aparılmasını israrla xahiş edib. Nəticədə əməliyyat icra edilib və pasiyent tərəfindən klinikaya hər hansı ödəniş həyata keçirilməyib.

Qeyd edilib ki, dölün patohistoloji müayinəyə göndərilməsi təklif olunsa da, pasiyent bundan yazılı şəkildə imtina edib və əməliyyatdan sonra döl dəfn məqsədilə ailə tərəfindən aparılıb:

“İmtina barədə müvafiq sənəd imzalanıb və döl onların özlərinə eyni gündə təhvil verilib”.

Klinikadan həmçinin bildirilib ki, bir müddət sonra pasiyentin yaxınları tibb müəssisəsinə gələrək çəkiliş aparıb və sanitar otağı zirzəmi kimi təqdim ediblər:

“Onlar xəstəxananın yuxarı girişindəki şüşə qapıya güclü zərbələr endirərək içəri daxil olmaq və xəstənin yanına keçmək istədiklərini bildiriblər. Qapının sınmaması üçün açılmasından sonra isə çəkiliş apararaq içəri daxil olublar. Bir neçə qapını açdıqdan sonra klinikanın sanitar otağına baxıblar. Həmin otaq yuyucu vasitələrin saxlanıldığı yerdir. Onlar həmin otağın görüntülərini çəkərək elə təqdim ediblər ki, guya uşaq ora atılıb. Halbuki, döl ailəyə eyni gündə təhvil verilmişdi”.

Klinikadan əlavə edilib ki, səsləndirilən iddialarda tibb müəssisəsinin guya dölün ölümünə səbəb olduğu qeyd olunur. Lakin bildirilib ki, pasiyent klinikaya müraciət etdiyi zaman bütün tibbi sənədlər təqdim olunub, dölün ölüm faktı barədə pasiyentə və yaxınlarına əvvəlcədən məlumat verilib və əməliyyat ailənin istəyi ilə həyata keçirilib.

“Çəkiliş zamanı digər pasiyentlərin narahatlığı səbəbilə mühafizə xidmətinə məlumat verilib. Bundan sonra həmin şəxslər davranışlarına görə üzr istəyərək tibb müəssisəsinin ərazisini tərk ediblər.

Bazar günü pasiyentin yaxınları xəstəni klinikadan aparıb və bu zaman hər hansı narahatlıq bildirilməyib. Lakin növbəti gün çəkiliş videosu təhrif olunmuş və həqiqətə uyğun olmayan tərzdə sosial şəbəkələrdə ictimaiyyətə təqdim edilib.

Klinika 2003-cü ildən etibarən tibbi xidmətlər sahəsində fəaliyyət göstərir və fəaliyyəti dövründə bu cür halla ilk dəfə qarşılaşır. Tibbi müəssisə məsələnin obyektiv araşdırılmasında və cəmiyyətə təhrif olunmamış, həqiqi məlumatın çatdırılmasında maraqlıdır".

Lalə Novruz,

BakuPost

“Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış
Dərman firması və apteklər şəbəkəsi olan “Buta Farm” MMC dərmanların saxlama qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub.

TİBBMEDİA.AZ Operativxeber.org istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən şirkətə məxsus aptekdə aparılan yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlanıb. Yoxlama zamanı divar və döşəmənin rütubət səbəbindən yararsız vəziyyətə düşdüyü, həmçinin dərman vasitələrinin normativ tələblərə uyğun olmayan şəraitdə saxlanıldığı müəyyən edilib.

İş materiallarında yer alan fotoşəkillərə əsasən, 8-15 dərəcə temperaturda saxlanılması tələb olunan dərman preparatlarının yerləşdirildiyi otaqda temperaturun 23,2 dərəcə olduğu qeydə alınıb.

Qeyd olunan faktlara görə “Buta Farm” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələblərini pozduğu müəyyən edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət inzibati qaydada cərimələnib.

"UĞUR-777" Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi, eləcə də, "UĞUR-777" estetik mərkəzində qanunsuz tibbi fəaliyyətin aparılmasına dair məlumat və videogörüntülər yayılıb.

Bildiririk ki, qeyd olunan faktlar Nəsimi rayon prokurorluğunda araşdırılaraq cinayət işi başlanıb.
(https://genprosecutor.gov.az/az/post/8975)

İbtidai istintaq zamanı toplanmış mötəbər sübutlar əsasında Xəyalə İsmayılovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2, 139-1.2, 142.2, 309.2, 310 və 322.1-ci, Müşfiq Bağırovun 131.2, 139-1.2, 32.5, 309.2, 310 və 322.1-ci, Rəna Quliyevanın isə 142.2, 32.5, 309.2, 310 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmələri təmin edilib.

Cinayət işi üzrə ittiham aktı 22 aprel 2026-cı il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.

Sözügedən cinayət işi üzrə Gülbadə Abdullayeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət təqibinə "Konstitusiyaya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiqi ilə əlaqədar xitam verilib.

Habelə, aparılmış istintaqla onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilməyib.

Bununla yanaşı, Gülbadə Abdullayeva tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 2 min manat məbləğində maddi ziyan, habelə dövlət büdcəsinə ödənilməli olan 5 yüz manat məbləğin tam həcmdə ödətdirilməsi təmin olunub.

Eyni zamanda, G.Abdullayeva barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunub.

Baş Prokurorluq bir daha bildirir ki, vətəndaşların həyat və sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyət halları ilə bağlı daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakt üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.

AQTA rəsmisi: Arıqlama məhsullarının tərkibində təhlükəli maddələr aşkarlanıb
Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib.

Tibbmedia.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, nəzarət tədbirləri zamanı bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədilə ölkəyə gətirilən və ya poçt vasitəsilə sifariş olunmuş qida məhsulları qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb:

"Bu tendensiyanın ən qabarıq müşahidə olunduğu sahələrdən biri idmançı qidalarıdır. Belə məhsulların hətta idman zallarında və idman mallarının satışı ilə məşğul olan mağazalarda da satıldığı hallara rast gəlinir. Eyni zamanda bioloji aktiv qida məhsullarının da qanunsuz satışının həyata keçirildiyi hallar aşkar edilir. Daha narahatedici məqamlardan biri isə xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasıdır".

AQTA rəsmisi təəssüflə qeyd edib ki, müayinə olunan bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib:

"Sibutramin ürək-damar sisteminə ciddi mənfi təsirləri səbəbindən dünyanın bir çox ölkəsində, o cümlədən dərman vasitələrinin tərkibində istifadəsi qadağan edilmiş aktiv maddədir. Bundan əlavə, kişilər üçün nəzərdə tutulmuş bəzi məcun və şokolad məhsullarının tərkibində bəyan edilməyən sildenafil maddəsi də aşkarlanıb. Bu səbəbdən Agentlik istehlakçılara belə məhsulları almamağı, əldə etdikləri halda isə onlardan qətiyyən istifadə etməməyi tövsiyə edir".

Səhiyyə naziri: “Yüksəliş” müsabiqəsi hər bir iştirakçını öz potensialını reallaşdırmağa həvəsləndirir
“Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu, gələcəyə yatırılan sərmayədir. Hər bir ölkənin ən böyük sərvəti onun insan potensialıdır. İstedad, bilik və davamlı inkişaf istənilən uğurlu dövlətin əsas dayaqlarıdır. Hər bir güclü dövlət yalnız infrastruktur və resurslar üzərində deyil, hər şeydən əvvəl bilik üzərində qurulur. İnsan kapitalına qoyulan sərmayə hər zaman ən yüksək nəticə verir.

Bu fikirləri səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, karyera inkişafı vəzifə yüksəlişi ilə yanaşı, ömür boyu öyrənmək, dəyişən dünyaya uyğunlaşmaq bacarığıdır: “İnnovasiyanın, rəqəmsal texnologiyaların, süni intellektin hər bir peşəni dəyişdiyi bugünkü dünyada davamlı öyrənmə qabiliyyəti ən dəyərli bacarıqlardan birinə çevrilir. “Yüksəliş” müsabiqəsi biliklərin sınandığı, fikir mübadiləsinin aparıldığı və gələcək rəhbər şəxslərin ortaya çıxdığı sağlam rəqabət mühiti yaradır. Müsabiqə hər bir iştirakçını öz potensialını reallaşdırmağa həvəsləndirir.

Bu gün burada iştirak edən finalçılarımıza səslənmək istərdim: Bu gün hər biriniz qalibsiniz! “Yüksəliş” müsabiqəsindəki iştirakınız artıq mükəmməlliyə olan sadiqliyinizi göstərir. Bugünkü nəticələrdən asılı olmayaraq, qarşılaşdığınız hər bir çətinlik və öyrəndiyiniz yeni təcrübələr peşəkar inkişaf səyahətinizə töhfə verəcək”, - deyə T. Musayev qeyd edib.

AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb - YENİLƏNİB-2
Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.

Bu barədə "tibbmedia.az"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.

Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Müxbir: Sevil Seymur

<time>10:14</time>

Ötən gün zəhərlənmə şübhəsi ilə doqquz qadın, iki kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "tibbmedia.az"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib.

Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Müxbir: Sevil Seymur

<time>09:47</time>

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

"Tibbmedia.az"un Qərb bürosunun məlumatına görə, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.

Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovdur.

Həmin şəxslərin məclislərdən birində yedikləri salatdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

AQTA: Gəncə və Samuxda yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş olduğu ehtimal edilir
Son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsinə səbəb lavaş olduğu ehtimal edilir.

Bu barədə "Tibbmedia.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ilkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunmuş və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə edilən lavaş məhsullarının qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışı həyata keçirilir. Lavaş məhsulundan nümunələr götürülüb. Laborator müayinələrin nəticələri, eyni zamanda məhsulun istehsal şəraiti və hazırlanması prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək.

"AQTA vətəndaşlara bir daha tövsiyə edir ki, qida məhsullarını yalnız təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərən və qeydiyyatdan keçmiş istehsalçı və satış obyektlərindən əldə etsinlər, mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satışa çıxarılan qida məhsullarının istehlakından çəkinsinlər", - məlumatda qeyd olunub.

Xatırladaq ki, iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə Agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb.

Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Dəyişikliyə əsasən, "Sistaqon", "Sistadrops" , "Yondelis" , "Skayklaris" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib.

Bununla da siyahıda yer alan dərmanların sayı 145-ə çatıb.

3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
Pasiyentin şikayəti əsasında Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən “Vip Milan” Hospitalda aparılan burun əməliyyatı ilə bağlı yenidən araşdırmaya başlanılıb.

Tibbmedia.az-ın məlumatına görə, araşdırma Sadiq adlı pasiyentin müraciəti əsasında klinikada qulaq-burun-boğaz (LOR) həkimi və estetik cərrah kimi fəaliyyət göstərən Rəşad Məmmədov barəsində aparılacaq.

Belə ki, ötən il Sadiq “Vip Milan” Hospitalda Rəşad Məmmədov tərəfindən burun əməliyyatı olunub və bunun üçün 3000 manat ödəniş edib. Lakin onun iddiasına görə, əməliyyat uğursuz keçdiyindən səhhətində ciddi fəsadlar yaranıb.

Pasiyent izahatında bildirib ki, burnunda çəpər əyriliyi olduğuna, nəfəs almaqda çətinlik çəkdiyinə və eyni zamanda estetik görünüşünü qismən yaxşılaşdırmaq istədiyinə görə əməliyyat olunmağa qərar verib. O qeyd edib ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib:

“Əməliyyat olunduğum gündən indiyə qədər burnum düzəlmək əvəzinə daha da pisləşib. Burnumun sağ tərəfi batıb, sol tərəfində isə gips açıldıqdan sonra yara izi və keyimə yaranıb. Əvvəlcə bunların əməliyyatdan sonrakı normal hallar olduğunu düşünürdüm. Artıq əməliyyatdan doqquz ay keçib. Buna baxmayaraq, burnumdakı izlər, ağrılar və keyimə məni ciddi narahat edir. Dəfələrlə həkimin qəbulunda olsam da, mənə heç bir problemin olmadığı və hər şeyin qaydasında olduğu bildirilib. Hazırda da burnumdakı ağrılar və keyimə hissi həm sağlamlığıma, həm də psixoloji vəziyyətimə mənfi təsir göstərir”.

Məsələ ilə bağlı Nərimanov Rayon Prokurorluğu həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

Məhkəmədə Rəşad Məmmədov bildirib ki, 2025-ci ilin avqust ayından əmək müqaviləsi əsasında “Vip Milan” Hospitalda həkim-otorinolarinqoloq kimi çalışır. Onun sözlərinə görə, pasiyentin burnunda çəpər əyriliyi olduğundan xarici burun və burun çəpərinin korreksiyası əməliyyatı həyata keçirilib.

Həkim əlavə edib ki, əməliyyatdan sonra pasiyent ambulator nəzarətə götürülüb və ona müvafiq rejimə əməl etmək tövsiyə olunub. Rəşad Məmmədovun iddiasına görə, Sadiq bu tövsiyələrə əməl etməyib, burnunu soyuğa məruz qoyub və eynəkdən istifadə etdiyi üçün sonradan həmin problemlər yaranıb.

Prokurorluğun qərarı ilə razılaşmayan pasiyent Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin edərək həkim barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edib. İş materialları əlavə araşdırmanın aparılması üçün müvafiq istintaq orqanına qaytarılıb.

Qeyd edək ki, “VİP Milan” Hospitalın təsisçisi və direktoru Xuraman Muradovadır.

Poliqon.info

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Tibbmedia.az-a verilən xəbərə görə, iyulun 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.