Sağlam həyat - Tibbmedia.az

İdmançılar arasında dəbə çevrilən Bovril: Həqiqətən faydalıdır, yoxsa gizli təhlükədir?
Böyük Britaniyada uzun illər unudulmuş qida məhsulu olan Bovril yenidən populyarlıq qazanıb. Maraqlıdır ki, bu dəfə onun əsas istifadəçiləri bodibildinq və fitneslə məşğul olan gənclərdir. Sosial şəbəkələrdə Bovril "protein bombası" kimi təqdim olunsa da, mütəxəssislər məhsulun həm üstünlüklərinə, həm də ciddi risklərinə diqqət çəkirlər.

Son aylarda Reddit və digər platformalarda minlərlə istifadəçi Bovrili əzələ inkişafını dəstəkləyən məhsul kimi tövsiyə edir. İstifadəçilər bildirirlər ki, məhsulun tərkibində yağ və şəkər çox az, zülal isə kifayət qədər yüksəkdir.

Bovril mal əti ekstraktından hazırlanan qatı qida məhsuludur. O, isti su ilə qarışdırılaraq içki kimi istifadə oluna, çörəyin üzərinə sürtülə və ya şorba, sous və digər yeməklərə əlavə edilə bilər.

Bovrilin tərkibində nə var?

Məhsulun əsas tərkibini mal əti ekstraktı təşkil edir. Bundan əlavə, tərkibinə maya ekstraktı, kərəviz ekstraktı, karamel, qarğıdalı nişastası, süd turşusu və dad gücləndiricilər daxildir.

Bir çay qaşığı Bovrilin qida dəyəri:

30 kalori;

4,6 qram zülal;

0,5 qramdan az yağ;

0,5 qramdan az şəkər;

1,4 qram duz.

Bovrilin faydaları nələrdir?

Qidalanma mütəxəssislərinin fikrincə, Bovril az miqdarda istifadə olunsa belə, müəyyən faydalı xüsusiyyətlərə malikdir.

Məhsul yüksək zülal tərkibi ilə seçilir. Zülal əzələlərin bərpası və inkişafı, toxluq hissinin yaranması və sümük sağlamlığının qorunması üçün vacib qida maddələrindən hesab olunur.

Bundan əlavə, Bovril B1, B2, B3 və B12 vitaminləri, həmçinin fol turşusu ilə zəngindir. Bu vitaminlər enerji mübadiləsində, sinir sisteminin fəaliyyətində, qan hüceyrələrinin yaranmasında və immun sisteminin normal işləməsində mühüm rol oynayır.

Bovril protein tozunu əvəz edə bilərmi?

Mütəxəssislər bu suala birmənalı şəkildə "xeyr" cavabı verirlər.

Bir porsiya protein kokteylində orta hesabla 20–30 qram zülal olduğu halda, bir xörək qaşığı Bovril cəmi təxminən 6 qram protein təmin edir.

Bu səbəbdən Bovril əzələ inkişafı üçün əsas protein mənbəyi deyil və yalnız əlavə qida kimi qiymətləndirilə bilər.

Ən böyük təhlükə – yüksək duz miqdarı

Mütəxəssislər bildirirlər ki, Bovrilin əsas mənfi cəhəti tərkibindəki yüksək natrium (duz) miqdarıdır.

Cəmi bir çay qaşığı məhsul böyüklər üçün tövsiyə olunan gündəlik maksimum duz normasının təxminən dörddəbirini təşkil edir.

Duzun normadan artıq qəbulu:

arterial təzyiqin yüksəlməsinə;

ürək-damar xəstəliklərinə;

insult və infarkt riskinin artmasına;

böyrəklərin yüklənməsinə;

ürək çatışmazlığına səbəb ola bilər.

Mütəxəssislər xüsusilə gün ərzində digər emal olunmuş və duzlu qidalar qəbul edən insanların Bovrildən ehtiyatla istifadə etməsini tövsiyə edirlər.

Bovril yoxsa Marmite?

Dietoloqların fikrincə, Marmite qida dəyərinə görə cüzi üstünlüyə malikdir.

Marmite:

daha az duz ehtiva edir;

B12 vitamini daha yüksəkdir;

tərkibi bir qədər sadədir.

Bununla belə, hər iki məhsul ultra-emal olunmuş qidalar qrupuna daxildir və onların həddindən artıq istehlakı tövsiyə edilmir.

Kimlər Bovrildən uzaq durmalıdır?

Aşağıdakı şəxslərə məhsuldan istifadə zamanı ehtiyatlı olmaq tövsiyə edilir:

yüksək qan təzyiqi olanlar;

böyrək xəstələri;

ürək-damar xəstəliklərindən əziyyət çəkənlər;

həkim tərəfindən az duzlu pəhriz təyin olunan şəxslər.

Vegetarian və veganlar üçün isə Bovril uyğun hesab edilmir, çünki məhsulun tərkibində həqiqi mal əti ekstraktı mövcuddur.

Bovril zülal və B vitaminləri ilə zəngin olsa da, onun yüksək duz tərkibi bu üstünlükləri müəyyən qədər kölgədə qoyur. Mütəxəssislər hesab edirlər ki, məhsuldan ara-sıra və az miqdarda istifadə etmək əksər sağlam insanlar üçün ciddi problem yaratmasa da, onu protein əlavəsi və ya "super qida" kimi təqdim etmək düzgün yanaşma deyil.

Sağlam qidalanmanın əsas prinsipi isə hər zaman balanslı və müxtəlif qida rasionundan ibarət olmalıdır.

Diş minasını zədələməmək üçün bunları edin
Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmadan mina qatını zədələyən və diş ətlərini zərər görməsinə səbəb olan səhvlərə yol verir. Yanlış fırçalama texnikası, uyğun olmayan vaxt seçimi və gigiyena qaydalarına laqeyd yanaşmaq sonradan stomatoloqa tez-tez müraciət etməyə səbəb ola bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, ən çox edilən səhvlərdən biri qəhvə və ya səhər yeməyindən dərhal sonra dişləri fırçalamaqdır. Qidaların tərkibindəki turşular diş minasını müvəqqəti olaraq yumşaldır. Bu zaman dişləri güclü şəkildə fırçalamaq mina qatının aşınmasına səbəb ola bilər. Stomatoloqlar dişləri ya səhər yeməyindən əvvəl, ya da yeməkdən ən azı 30 dəqiqə sonra fırçalamağı tövsiyə edirlər.

Diş pastasından sonra ağzı su ilə yaxalamaq olmaz

Bir çox insan dişlərini fırçaladıqdan sonra ağzını bol su ilə yaxalayır. Halbuki bu zaman diş pastasının tərkibindəki flüor da yuyulub gedir. Flüorun diş səthində qalması diş minasını möhkəmləndirir və bakteriyalara qarşı qoruyucu təsir göstərir.

Doğru qayda belədir: artıq köpüyü tüpürün, lakin ən azı 15 dəqiqə ərzində ağzınızı su ilə yaxalamayın və heç nə yeməyin, içməyin.

Güclü təzyiq dişlərə zərər verir

Bəzi insanlar düşünür ki, dişləri nə qədər sərt və sürətlə fırçalasaq, bir o qədər yaxşı təmizlənəcək. Əslində isə bu üsul diş ətlərinin geri çəkilməsinə və dişlərin həssas hissələrinin açılmasına səbəb olur. Fırçanı diş səthinə təxminən 45 dərəcə bucaq altında tutmaq, kökdən kənara doğru yumşaq hərəkətlərlə və ya kiçik dairəvi hərəkətlərlə dişləri təmizləmək daha düzgündür.

Diş ipindən istifadə etməyi unutmayın

Adi diş fırçası diş səthinin təxminən 60 faizini təmizləyə bilir. Dişlərin arasındakı nahiyələrə çatmaq mümkün olmadığından hər gün diş ipindən (flosdan) istifadə etmək vacibdir. Dişlərin fırçalanması ən azı iki dəqiqə davam etməlidir. Prosedurun sonunda isə bakteriyaların ən çox toplandığı yerlərdən biri olan dili də mütləq təmizləmək lazımdır.

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

Hətta ən keyfiyyətli diş fırçasının tükləri də zamanla köhnəlir və bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. Mütəxəssislər diş fırçasını və ya elektrikli diş fırçasının başlığını hər üç aydan bir dəyişməyi tövsiyə edirlər. Bundan əlavə, soyuqdəymə, qrip və ya angina keçirdikdən sonra da diş fırçasını yenisi ilə əvəz etmək lazımdır.

Tüpürcəyin rolu da çox vacibdir

Həkimlər tüpürcəyin ağız boşluğunun təbii müdafiə mexanizmi olduğunu xatırladırlar. Tüpürcək qida qalıqlarını təmizləyir və dişlərə zərər verən turşuları neytrallaşdırır. Ağız boşluğunun qurumaması üçün gün ərzində kifayət qədər təmiz su içmək və şirin qidaları tez-tez qəbul etməmək tövsiyə olunur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredici əlamətləri ya görməzlikdən gəlir, ya da onları adi yorğunluqla əlaqələndirir.

Qadınlarda infarktın əlamətləri niyə diqqətdən kənarda qalır?

Britaniya Ürək Fondunun (BHF) məlumatına görə, ürək-damar xəstəlikləri qadınlarda ölümün əsas səbəbi olaraq qalır. Mütəxəssislər qeyd edirlər ki, qadınlarda infarktın əlamətləri kişilərdən fərqli şəkildə özünü göstərə bilər. Simptomlar daha zəif ola və ya başqa sağlamlıq problemlərinə bənzədiyi üçün vaxtında fərq edilməyə bilər.

Londondakı Milli Kardiologiya Klinikasının təsisçisi, preventiv kardioloq doktor Francesco Lo Monaco erkən diaqnostikanın həyati əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, ailəsində ürək xəstəlikləri olmayan və əlavə risk faktorları daşımayan qadınlar belə, 40 yaşdan etibarən bu müayinələri mütəmadi keçirməlidirlər. Çünki erkən yoxlamalar xəstəlikləri simptomlar ortaya çıxmazdan əvvəl aşkarlamağa imkan verir.

40 yaşdan sonra vacib hesab edilən 4 müayinə

Arterial təzyiqin ölçülməsi

Yüksək qan təzyiqi əksər hallarda heç bir əlamət vermir. Lakin bu vəziyyət damarların daralmasına və sərtləşməsinə səbəb olaraq infarkt və insult riskini xeyli artırır. Kardioloqlar qan təzyiqinin ildə ən azı bir dəfə yoxlanılmasını tövsiyə edirlər.

Xolesterin analizi (lipid profili)

Qanda xolesterinin yüksək olması damar divarlarında piy yığıntılarının əmələ gəlməsinə səbəb olur. Göstəricilər normaldırsa, analiz hər beş ildən bir, yüksək risk və ya normadan kənar nəticələr olduqda isə daha tez-tez aparılmalıdır.

Aclıq qan şəkəri və qlikozilləşmiş hemoqlobin (HbA1c)

Bu analizlər qanda şəkərin səviyyəsini qiymətləndirməyə və prediabet və ya diabeti erkən mərhələdə aşkar etməyə kömək edir. Risk faktoru olmayan şəxslər üçün bu testlərin üç ildən bir, risk qrupuna daxil olanlar üçün isə hər il keçirilməsi tövsiyə olunur.

Bədən kütlə indeksi (BKİ) və bel çevrəsinin ölçülməsi

Mütəxəssislər bildirirlər ki, təkcə bədən kütlə indeksi həmişə dəqiq məlumat vermir. Buna görə də bel çevrəsinin hər il ölçülməsi vacib sayılır. Qadınlarda bel çevrəsinin 88 santimetrdən çox olması ürək-damar xəstəlikləri riskinin əhəmiyyətli dərəcədə artdığını göstərə bilər.

Qadınlara xas risk amilləri

Kardioloqun sözlərinə görə, ürək sağlamlığına təsir edən və çox vaxt diqqətdən kənarda qalan qadınlara məxsus risk faktorları da var. Bunlara erkən menopauza, hamiləlik zamanı yaranan ağırlaşmalar (preeklampsiya və digər problemlər), polikistik yumurtalıq sindromu, autoimmun xəstəliklər, xroniki stress, depressiya və yuxu pozğunluqları daxildir.

Qadınlarda infarktın əsas əlamətləri

Mütəxəssislər aşağıdakı simptomların ciddi qəbul edilməsini tövsiyə edirlər:

Səbəbi bilinməyən və uzun müddət davam edən güclü yorğunluq, xüsusilə də nəfəs darlığı ilə birlikdə müşahidə olunursa.

Çənədə, boyunda, çiyinlərdə, kürəkdə və ya qarının yuxarı hissəsində ağrı və ya narahatlıq.

Bədənin yuxarı hissəsində yaranan narahatlıqla birlikdə ürəkbulanma və ya qusma.

Qəfil başgicəllənməsi və ya soyuq tərin gəlməsi.

Heç bir səbəb olmadan "nəyinsə ciddi qaydasında olmadığı" hissinin yaranması.

Həkimlər bildirirlər ki, bu əlamətlər müşahidə olunarsa, onları yorğunluq və ya stresslə əlaqələndirmək əvəzinə dərhal tibbi yardım almaq lazımdır. Erkən diaqnoz və vaxtında müalicə infarkt və insult kimi ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır./Lent.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlanıb - VİDEO
Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı ciddi qanun pozuntuları müəyyən edilib.

Monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina" "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb.

Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəmizə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb.

Kökəlmək üçün nə etməli? MƏSLƏHƏTLƏR
Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir. Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir. Bəs fizioloji və genetik xüsusiyyətlər səbəbindən çəki yığıb görkəmini istədiyi kimi dəyişə bilməyən "arıqlar" nə etməlidir?

Əökələ bilməməyin əsas səbəbi çəki azlığından əziyyət çəkənlərin ektomorf quruluş tipinə aid olmasıdır. Onlara sümüklərin uzun, əzələlərin nazik, döş qəfəsinin və çiyinlərin dar, sinir ötürmə proseslərinin isə sürətli olması xarakterikdir.

Emosional, stressə meyilli, yuxusu tez-tez pozulan, zəif iştahalı, bunlarla yanaşı metabolizmi çox sürətli gedən tiplər bəzən distrofiya dərəcəsində arıq olurlar. Həmin fizioloji xüsusiyyətlərin üstünə səhər yeməyini yeməmək, gün rejimini gözləməmək, ayaqüstü qidalanmaq, yuxu və istirahət saatlarını "vacib" işlərə sərf etmək kimi pis vərdişlər də gələndə daha xoşagəlməz vəziyyət yaranır. Ona görə də kökəlmək istəyənlər həmin vərdişlərini dəyişməli və üç əsas qaydaya riayət etməlidirlər:

- emosiyalara tam nəzarət etmək, yuxu rejimi qaydaya salmaq;
- düzgün qurulmuş idman və məşqlər;
- düzgün qidalanmaq.

Daha çox qidalanma rejiminin üzərində dayanaq. Bədən çəkisini optimal səviyyəyə qaldırmaq üçün gün ərzində içilən suyun miqdarını 2 litrə qədər artırmaq lazımdır. Kökəlməyə qətiyyən şirniyyat, un məmulatları və yağlı yeməklər yeməklə başlamaq olmaz. Çünki bu məhsullar çəkini artırsa da bədən şəklini pozur. Daha çox zülallar və təbii proteinlər hesabına kalori dəyəri yüksək olan qidalara üstünlük verilməlidir. Məsələ burasındadır ki, zülallar mürəkkəb azotlu birləşmələrdir və canlı orqanizmdə bir sıra həyati vacib funksiya yerinə yetirir:

- hüceyrənin əsas tikinti materialıdır, membran və əzələlərin yığılma elementlərinin, birləşdirici toxumanın qurulmasında önəmlidir;
- orqanizmdə mübadilə proseslərini tənzimləyən bütün ferment və katalizatorların tərkib hissəsidir;
- hormonların böyük bir qismi zülal təbiətlidir;
- oksigenin, bəzi vitamin və dərman maddələrinin daşınmasında əsas rol oynayır;
- anticisimlərin sintezində əsas maddədir, immuniteti təmin edir;
- karbohidratlar və yağlardan sonra ikinci dərəcəli enerji mənbəyidir.

Zülalların orqanizmdə parçalanması zamanı 20 müxtəlif aminturşu əmələ gəlir ki, bunlardan on ikisi orqanizmdə sintez olunur və əvəzolunan aminturşular adlanır. Digər səkkizi isə əvəzolunmayan aminturşular adlanır və orqanizmə yalnız qida maddələri ilə daxil olur. Əvəzolunmayan aminturşularla zəngin olan tam zülallar süd və süd məhsulları, yumurta, mal, quş və balıq ətlərində çox miqdardadır. Bitki zülallarının tərkibində isə əvəzolunmayan aminturşular azdır.

Orqanizmin zülala olan sutkalıq tələbatı orta hesabla 80-100 qramdır. Yaş artdıqca ona olan tələbat azalır, stress vəziyyətində isə artır. Artıq zülal qəbulu, onun parçalanma məhsullarının qaraciyərə və böyrəklərə toksiki təsiri, həmçinin bağırsaqlarda çürümə proseslərinin artması ilə nəticələnir. Qidalanma zamanı bir dəfəyə maksimum 30-40 qram zülal qəbul edilməlidir.

Bütün orqanlar, xüsusən də əzələlər üçün yanacaq rolunu karbohidratlar, yəni şəkərlər oynayır. Aktiv həyat tərzi keçirənlər üçün sutkalıq şəkər norması hər kiloqram çəkiyə 6-8 qramdır. Bundan daha artıq miqdarda karbohidratıarın qəbulu qarın bölgəsinin piylənməsinə gətirib çıxarır. Karbohidrat deyəndə təkcə şəkər tozu deyil, həmçinin gün ərzində çörək və un məmulatları, şirniyyatlar, makaron, meyvə və tərəvəzlərlə birlikdə qəbul edilən məhsullar da nəzərdə tutulur.

Orqanizm üçün olduqca vacibdir, çünki A, E, D və bir sıra başqa vitaminlər, bəzi mikroelementlər yağların vasitəsi ilə bağırsaqlardan sorulur. Testosteron, estrogenlər kimi vacib hormonlar məhz lipid və xolesterindən əmələ gəlir. Doymamış yağlar sutkalıq kalori tələbatının cəmi 20 faizini təşkil etməlidir, yəni orqanizmin yağa olan tələbatı kremli pirojna və yağlı kolbasa ilə deyil, bitki yağları və dəniz məhsulları ilə ödənilməlidir.

Çəki artırmaq üçün pəhriz

Qida rasionunda daha çox süd, təbii qatıq, yağsız pendir, yağsız ət sortları, balıq növləri, təzə meyvə və tərəvəzlər, onların təzə şirələri, noxud, lobya, mərci kimi paxlalılar, kobud üyüdülmüş buğda və ya çovdar unundan çörək, düyü, qoz, fındıq, badam, günəbaxan tumu, sobada bişirilmiş kartof, yumurta, makaron və bitki yağında hazırlanmış salatlardan istifadə etmək tövsiyə olunur.

Tövsiyə olunmayam məhsullar arasında rafinə olunmuş, dondurulmuş və şəkərli qidalar (konfet, pirojna, dondurma), bərk yağlar və marqarin, qızardılmış yeməklər, konservlər və tez hazırlanan qidalardır. Həmin qidalar əzələ kütləsi yaratmaqdan daha çox daxili orqanların piylənməsinə aparıb çıxarır.

Bananlı kokteyl
200 qram orta yağlı kəsmik eyni miqdarda təbii qatıq və ya kefirlə qarışdırılır, 1 ədəd banan doğranaraq əlavə edilir və blenderdə çalınır. Alınan kokteyl gün ərzində 2 dəfə yeməkarası içilir.

Yumurtalı kokteyl
1 yumurtanın sarısı köpüklənənə qədər çalınır. Başqa bir qabda 50 qram kəsmik, 1 stəkan süd və meyvə şərbəti çalınır, iki kütlə bir-birinə qarışdırılır və gündə 1-2 dəfə içilir.

Çiçək tozu ilə resept
500 qram çiçək tozuna 2 qutu qatılaşdırılmış süd əlavə olunur və iki həftə müddətində soyuducuda saxlanır. Hər səhər acqarına yaxşı çeynənmək çərti ilə əvvəlcə 1 çay qaşığı qəbul edilir. Hər 3-5 gündən bir yavaş-yavaş artıraraq 2 xörək qaşığına çatdırılır.

Balla qoz
3 ədəd qozun ləpəsi əzilir, 1 çay qaşığı bal və 1 stəkan südlə qarışdırılaraq birdəfəyə içilir. Həmin üsulla ay ərzindən 2-3 kiloqrama qədər kökəlmək mümkündür.

Adi yovşanlı qarışıq
Hərəsindən 2 hissə güldəfnə və zəyərək toxumları, eyni miqdarda xırdalanmış xəndəkotu kökləri, hərəsindən 1 hissə təzə gicitkən yarpaqları və təzə yovşan otu ilə qarışdırılır, az miqdarda şəkər tozu ilə əzilir. Gündə 2-3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı qəbul edilir.

Şəfa vitamini ilə İmmunotea çayı
Şəfa vitamini gündə iki dəfə - səhər və günorta yeməkdən əvvəl qəbul edilir, eyni zamanda İmmunotea çayının dəmləməsi içilir. İki həftə qəbul ediləndə iştahanı və həzmi yaxşılaşdırır, mübadiləni tənzimləyir.

Zirinc yığıntısı
Zirincin meyvə, yarpaq və budaqlarının qarışığından 2 xörək qaşığı yarım litr qaynar suda 2 saat dəmlənir, süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/3 stəkan içilir.

Bitki qarışığı
Hərəsindən 20 qram qızılçətir otu, kəcəvər kökü, hərəsindən 50 qram zəncirotu kökü, boymadərən otu və gicitkən yarpağı, hərəsindən 100 qram dazıotu və cökə çiçəkləri qarışdırılır, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda 1 saat dəmlənir. Süzülmüş dəmləmə gündə 2-3 dəfə ilıq şəkildə yeməkdən əvvəl içilir.

Göyçiçək dəmləməsi
10 qram quru göyçiçək otu 1 stəkan qaynar suda 1 saat dəmlənir, gündə 3 dəfə balla içilir.

Qədim slavyan resepti
400 qram duzsuz təbii kərə yağına 6 ədəd qızıləhmədi sortundan olan alma doğranır, qarışdırılır və zəif isidilmiş sobada 2 saat bişirilir. 12 ədəd yumurta sarısı 1 stəkan şəkər tozu ilə ağarana qədər çalınır, kənarda 400 qram tünd şokolad sürtgəcin kiçik gözündən keçirilir və çalınmış yumurta sarısı ilə qarışdırılır. Qarışığa alma doğranmış kərə yağı da əlavə edilir və bir daha qarışdırılaraq soyumağa qoyulur. Alınan kütlə gündə 3-4 dəfə çörəyin üzərinə çəkilir və mütləq 1 stəkan isti südlə yeyilir. Bu üsulla həftədə 800-1500 qram çəki yığmaq olur.

Kakao ilə resept
Emallı qazana hərəsindən 200 qram kakao, təbii duzsuz kərə yağı və bal əlavə olunur, mütəmadi qarışdıraraq əriyib qaynayanadək ocağın üstündə saxlanır. Ocaqdan götürüləndən sonra bir qədər soyudularaq şüşə bankaya tökülür və soyuducuda saxlanır. Qəbul edən zaman 1 çay qaşığı qarışıq 1 stəkan isti süddə həll edilir və gündə 2- 3 dəfə qəbul edilir, yaxud gündə 3 dəfə 1 xörək qaşığı südsüz yeyilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə start veriblər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Səhiyyə Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində "Sağlam gələcək" sosial layihəsinə start verilib.

Layihə qadınların reproduktiv sağlamlığının qorunmasına dəstək verilməsini, profilaktik müayinələrin əhəmiyyəti barədə məlumatlılığın artırılmasını və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur.

Layihə çərçivəsində AHİK-in və üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə "Qadın sağlamlığı və reproduktiv rifah" mövzusunda ilk tədbir təşkil olunub.

Tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, səhiyyə sahəsi üzrə ekspertlər, AHİK-in və üzv təşkilatlarının əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AHİK sədrinin müavini Musa Mirzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin həyat keyfiyyətinin yüksəldilməsi və sağlam ailə modelinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial-humanitar layihələrin ana və uşaq sağlamlığının qorunmasına, insan kapitalının inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Qeyd olunub ki, sağlam həyat tərzinin təşviqi AHİK-in fəaliyyətinin prioritet istiqamətlərindən biridir. "Sağlam gələcək" layihəsi də məhz bu fəaliyyətin tərkib hissəsi olmaqla qadınların sağlamlığına təsir göstərən risk amilləri barədə məlumatlılığın artırılmasına, profilaktik tibbi müayinələrin təşviqinə və xəstəliklərin erkən aşkarlanmasına xidmət edir.

Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Səbinə Babazadə çıxış edərək qadın sağlamlığının qorunmasının cəmiyyətin davamlı inkişafı, sağlam ailə institutunun möhkəmləndirilməsi və demoqrafik sabitliyin təmin olunması baxımından əhəmiyyətini diqqətə çatdırıblar.

Sonra tibbi ekspertlər və mütəxəssislər "Süd vəzi sağlamlığı: hər bir qadının bilməli olduğu vacib məqamlar", "Qadın sağlamlığının qorunması: reproduktiv orqanlarda olan patologiyaların profilaktikası və erkən diaqnostikası", "Stresin reproduktiv sağlamlığa təsiri", "Reproduktiv sağlamlıq: seçim, həyat və demoqrafik davamlılıq" mövzularında maarifləndirici təqdimatlar keçirib.

Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Alimlər B12 vitamini çatışmazlığının yeni nəticələrini aşkar ediblər
Quadram İnstitutunun baş elmi işçisi Martin Uorren bildirib ki, tədqiqatçılar hazırda D vitamini çatışmazlığının sağlamlığa əvvəllər düşünüləndən daha geniş təsir göstərdiyini aşkar ediblər.

Tibbmedia.az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Conversation" məlumat yayıb.

Bədənin gündə yalnız iki mikroqram B12 vitamininə ehtiyacı var - bu, bir dənə duzdan da azdır. Lakin, vitamin çatışmazlığı, xüsusən də yaşlılar, veqanlar, vegetarianlar və malabsorbsiyası olan xəstələr arasında geniş yayılıb.

Yaşlandıqca mədəmiz qidadan B12-ni ifraz etmək üçün daha az turşu istehsal edir və bəzi insanlarda vitaminin udulması üçün vacib olan daxili faktor olan bir protein istehsal edən hüceyrələri məhv edən otoimmun qastrit inkişaf edir. B12 çatışmazlığının simptomları yavaş inkişaf edir və normal yaşlanma əlamətləri ilə asanlıqla səhv salınır: xroniki yorğunluq, zəiflik, qollarda və ayaqlarda uyuşma, tarazlıq problemləri, yaddaş problemləri və beyin bulanması.

Ənənəvi olaraq, bu şikayətlər yalnız anemiya ilə əlaqələndirilirdi. Halbuki kifayət qədər B12 vitamini olmadan sümük iliyi oksigen daşımaq qabiliyyətini azaldan böyümüş, yetişməmiş qırmızı qan hüceyrələri istehsal edir.

Lakin, yeni tədqiqatlar əlavə bir mexanizmə işarə edir: B12-dən asılı iki fermentdən biri hüceyrə elektrik stansiyaları olan mitoxondrilərin içərisində fəaliyyət göstərir. 2026-cı ildə skelet əzələ hüceyrə kulturaları üzərində aparılan bir araşdırma, aşağı B12 səviyyələrinin mitoxondrial DNT-ni pozduğunu və enerji istehsalını azaltdığını aşkar edib.