Gündə bir dəfə qidalanma ciddi sağlamlıq problemlərinə yol açır - AÇIQLAMA

27-10-2026, 13:26

Gündə bir dəfə qidalanma ciddi sağlamlıq problemlərinə yol açır - AÇIQLAMA

Gündə bir dəfə qidalanma orqanizmdə mənfi biokimyəvi dəyişikliklərə və fəaliyyət pozuntularına səbəb ola bilər".

Tibbmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sağlam qidalanma üzrə mütəxəssis Yekaterina Kim "RIA Novosti"yə müsahibəsində xəbərdarlıq edib.

"Gündə bir dəfə yemək norma deyil. İnsanın zəif nöqtəsi haradırsa, pozuntular da məhz orada baş verəcək", - deyə o bildirib. Ekspert arıqlamaq məqsədilə bu üsuldan istifadə etməməyə çağırıb.

O, izah edib ki, orqanizm qida qəbulunun kəskin azaldılmasını stres kimi qəbul edir. Bu isə maddələr mübadiləsinin yavaşlamasına və daxil olan kalorilərin ehtiyat kimi yığılmasına səbəb olur. Digər bir mənfi amil isə qidalanma rejiminin pozulmasından qaynaqlanan sinir gərginliyidir.

Ekspert xəbərdarlıq edib ki, qəfil məhdudiyyətlər çox vaxt yorğunluğa, pis əhvali-ruhiyyəyə, halsızlığa və qısa müddətdə yenidən çəki artımına səbəb olur.


Hadisələri Tiktokda anında izləyin!
Keçid et