Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

13-10-2026, 16:01

 

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır".

Tibbmedia.az verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü" ilə əlaqədar media nümayəndələri üçün keçirdiyi görüşdə bildirib.

O, bildirib ki, qidalanma özlüyündə görmə qabiliyyətini artırmır:

"Məsələn, görmə problemi olan şəxsin müəyyən qidalardan istifadə etməklə görmə qabiliyyətini yaxşılaşdırması mümkün deyil. Bununla belə, sadalanan qidalar görmə sinirinin və gözlərin ümumi sağlamlığının qorunmasına kömək edə bilər".


Hadisələri Tiktokda anında izləyin!
Keçid et